"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

çinarlı bələdiyyəsindən “şəmkir səbəti”

--2017-09-04 / 20:57

şəmkir rayonunun Çinarlı bələdiyyəsinin nəzdində təsis edilmiş “Çinarlı qəsəbə” MMC-nin nəzdində “şəmkir Səbəti” brendi altında kənd təsərrüfatı məhsullarının satışını həyata keçirəcək.

“şəmkir Səbəti” ticarət mərkəzi tikintisi üçün Bakı-Qazax avtomobil yolunun 391-cu km-də müəssisəyə məxsus olan 5 hektar torpaq sahəsində əhalinin kənd təsərrüfatı məhsulları faraş meyvə tərəvəz və bütün növ ərzaq məhsulları ilə təmin etmək üçün milli memarlıq ənənələrinə uyğun olaraq 147 ədəd ağac konstruksiyasından ibarət olmaqla pərakəndə ticarətin təşkili üçün butiklər, sahəsi 7000 kv.m yaxın topdan satış ticarətin təşkili üçün qapalı sahələr sahəsi 500 kvm-dən ibarət “Ailəvi istirahət” yeməkxana binası, sahəsi 2000 kv.m-dən ibarət müasir dizaynla “Super market”, 5 ədəd soyuducu anbarlar və 3 ədəd sanitariya qovşağı inşa olunub.

əraziyə içməli və suvarma su xətti çəkilmiş, 350 kub metr tutumu olan su anbarı tikilmişdir. 630 kva gücündə transformator yarımstansiyası və xüsusi dizaynla işıqlanma sistemi quraşdırılmışdır.

“şəmkir Səbəti” ticarət mərkəzində daimi 350 mövsümü olaraq 500 nəfərədək iş yeri yaradılmışdır.

Eyni zananda bu gün “şəmkir Səbəti” ticarət mərkəzinin nəznində fəaliyyət göstərən “şəmkir Səbəti Supermarket”in də açlışı baş tutub. istəyənlər buradan məhşur şəmkir səbətini də sifariş verə bilərlər.

http://qerbinfo.az/xeber/5927-mkir-sbti-ticart-mrkzi-istifady-verildi.html

ŞƏRHLƏR